BURADA REKLAMINIZ OLA
BİLƏR

Ata onun burnunu qıran oğlunu məhkəmədə bağışladı

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Mahir Bəşirovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə onun cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib.


İttiham aktına əsasən, Mahir Bəşirov bu il anası ilə işdən evə gedərkən, atası, zərərçəkmiş Sahib Bəşirovun (adı, soyadı şərtidir) onların qarşısını kəsib. O, arvadına ailə münasibətini düzəldərək evinə qayıtmasını tələb edib. Qadın isə bununla barışmadıqda zərərçəkmiş şəxs əsəbiləşmiş və onlara səsini qaldırıb. Bu davranışdan əsəbiləşən təqsirləndirilən şəxs atasına sillə və təpiklə zərbələr endirib. Nəticədə Sahib Bəşirovun burun nahiyəsinin qançır şişkinliyi, deformasiyası və tənəffüs aktının pozulması ilə müşayiət olunan, burun sümüklərinin qapalı yerdəyişməyən sınığı yaranıb.


Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində bildirib ki, oğlu əməlindən peşman olduğunu, üzr istədiyini və barışdığını ifadə edib. Sahib Bəşirov təqsirləndirilən şəxsdən şikayətçi olmadığını və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edib.

 

Kamal Məmmədov 

Tarix: 18 Noyabr 2025, 09:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin