BURADA REKLAMINIZ OLA
BİLƏR

FHN 10 ədəd yanğınsöndürən maşın alır - Biri 468 000 AZN-dir

Fövqəladə Hallar Nazirliyi (FHN) Maddi Texniki-Təchizat İdarəsi 10 ədəd yanğınsöndürən maşın alır.

 

Pravda.az-ın xəbərinə görə, maşınların ümumi dəyəri 4 680 286 AZN-dir. Bir maşının qiyməti isə 468 028 manatdır.

 

Satışı “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi həyata keçirəcək.

 

Tərəflər arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

 

Cabir

Tarix: 18 Noyabr 2025, 15:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin