BURADA REKLAMINIZ OLA
BİLƏR

Dodaq boyasının gün boyu qalıcı olması üçün tövsiyələr

Gözəllik mütəxəssisləri dodaq boyasının dodaqlarda daha uzun müddət qalması üçün bir neçə effektiv addım təklif edir.


Pravda.az bildirir ki, ilk növbədə dodaqların hazırlanması vacibdir. Pilinq və ya bal-şəkər qarışığı ilə edilən yüngül skrab dodaqları yumşaldır və dodaq boyasının daha yaxşı yapışmasına şərait yaradır.


Daha sonra dodaq kontur qələmi istifadə etmək məsləhət görülür. Kontur həm dodaq boyasının axmasının qarşısını alır, həm də rəngi sabit saxlayır.


Mütəxəssislər bildirir ki, dodaq boyası çəkildikdən sonra dodaqların üzərinə nazik salfet qoyub şəffaf pudra vurmaq, boyanın qalıcılığını əhəmiyyətli dərəcədə artırır.


Həmçinin qeyd olunur ki, parlaq və krem quruluşlu dodaq boyaları, mat teksturalılara nisbətən, daha uzunömürlü ola bilər.


Mütəxəssislərə görə, bu üsullar gündəlik makiyajda da, xüsusi günlərdə də dodaq boyasının tez silinməsinin qarşısını almaqda təsirlidir.


Əminə Bayramova 

Tarix: 19 Noyabr 2025, 09:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin