BURADA REKLAMINIZ OLA
BİLƏR

"Onlardan fərqli olaraq insanların balalarına çörək almağa belə pulları yoxdur?!"

"Pandemiya ilə bağlı birinci dəfə iş yerləri bağlı olanlara heç olmasa 1 aylıq maaşlarını iki dəfəyə ödədilər. Əlavə olaraq sahibkarlara da müəyyən məbləğ ödənildi. Bu ödəmənin də bir hissəsini əvvəlcədən bağlanılacağını bildikləri banklara köçürdülər və onlar da banklarla birlikdə batdı. Bu dəfə iş yerlərini 21 iyundan bağladılar bu günə qədər də heç kimə bir manat belə ödəməyiblər. Bundan əlavə, keçən dəfə gəlir yerləri olmayanlara aylıq 190 manat ödədilər və siyahını elan etdilər. Bu dəfə isə bundan da xəbər yoxdur".

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

"Görəsən, Baş nazir Əli Əsədov, İqtisadiyyat naziri Mikayıl Cabbarov bilirlərmi ki, onlardan fərqli olaraq insanların balalarına çörək almağa belə pulları yoxdur?! Nə üçün bu günə qədər Prezidentin Pandemiya ilə bağlı ayırdığı 3,5 milyard manatla, Koronavirus Fonduna toplanmış 100 milyon manatdan artıq pulla bağlı əhaliyə məlumat verilmir. Yoxsa bunlar hesab edirlər ki, insanlar hava ilə qidalanır?!

Bu hərəkət Azərbaycan vətəndaşlarına biganəlikdən başqa Azərbaycan adlı Dövləti məhv etmək deməkdir. Yuxarıda oturanların hamısı bilməlidir ki, ac xalqın qarşısında heç kim dayana bilməz. İnsanların bu günkü susqunluğu uzun olmayacaq. İnsanlar etiraza qalxanda isə heç kim onların qarşısında dayana bilməyəcək və hansısa islahata heç ehtiyac da qalmayacaq. Ona görə heç kim insanların səbrini sınağa çəkməsin. Bu, hamımızın, o cümlədən Dövlətin də sonu olar" - A.İsmayılov qeyd edib.

Tarix: 23 İyul 2020, 16:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin