BURADA REKLAMINIZ OLA
BİLƏR

Piyadanı vurub öldürüb qaçarkən hava limanında tutulan şəxslə bağlı QƏRAR

Gəncə Apellyasiya Məhkəməsində Şəmkirdə avtomobillə piyadanı vuraraq öldürüb hadisə yerindən qaçmaqda təqsirləndirilən Vicay İbrahimovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az xəbər verir ki, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.


Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.


Qeyd: 2022-ci il noyabrın 17-si saat 9 radələrində rayonun Çaylı kəndi ərazisində rayon sakini Yalçın Məmmədovun baş və ayaq nahiyəsində xəsarətlər olan meyitinin tapılması barədə polisə məlumat daxil olub.


Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun “VAZ-2016” markalı avtomobillə vurulması nəticəsində hadisə yerində ölməsi müəyyən olunub.


Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Seyfəli kənd sakini, əvvəllər məhkum olunmuş Vicay İbrahimov polis əməkdaşları tərəfindən Gəncə Beynəlxalq Hava Limanında saxlanılaraq RPŞ-yə gətirilib.


Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
 

Kamal Məmmədov 

Tarix: 19 Noyabr 2025, 08:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin