BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadı ilə atasının arasında münasibət olmasından şübhələndi, hər ikisinə ülgüc və qapaqla xəsarət yetirdi

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən İqbal Tağıyevin (adı, soyadı şərtidir) barəsindəki cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona 4 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.


İttihama əsasən, hadisə 09 yanvar 2025-ci il tarixdə, gecə saat 01:00 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində qeydə alınıb.


Belə ki, İqbal Tağıyev kirayədə yaşadığı evin yataq otağında qeyri-rəsmi – faktiki ər-arvad münasibətlərində yaşadığı zərərçəkmiş Aliyə Baxışovanı və atası, zərərçəkmiş Kərəm Tağıyevlə aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı onlara ağır bədən xəsarətləri yetirib.


Belə ki, təqsirləndirilən şəxs son dövrlər arvadı ilə atası arasında münasibət olmasından şübhələnib. O, həmin şübhədən əsəbiləşərək göstərilən tarixdə gecə saatlarında evdən siqaret almaq bəhanəsi ilə çıxıb, mobil telefonunu səsləri dinləmək üçün açıq vəziyyətdə saxlayıb. Mağazadan qayıtdıqda evin qapısının bağlı olduğunu görərək əsəbiləşib. Sonra İqbal qapını döyüb içəri daxil olub və əvvəlcə hamam otağına keçib. Daha sonra hamamdan götürdüyü kəsici alət – ülgüclə yataq otağına gələrək Aliyənin üz və əl nahiyələrinə dəfələrlə zərbələr vurub. Qadının səsini eşidən təqsirləndirilən şəxsin atası Kərəm Tağıyev və anası digər otaqdan hadisə yerinə gəlib, onları ayırmağa cəhd göstərib. Lakin İqbal əsəbi vəziyyətdə şüşə qazan qapağı ilə atasının baş nahiyəsinə zərbə vuraraq ona da xəsarət yetirib.


Hadisə 3-5 dəqiqə müddətində evin yataq otağında baş verib. Təqsirləndirilən şəxs daha sonra ülgücü yaşadığı evdən çıxaraq yol kənarındakı zibil qabına atıb.

Kamal Məmmədov 

Tarix: 19 Noyabr 2025, 08:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin