BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəməyə bəraət üçün müraciət edildi, məhkum şikayəti geri götürdü - QƏRAR

Ali Məhkəmədə küçədə iki nəfərə qarşı silahlı hücum etməkdə təqsirləndirilən Pərviz Xəlilov və Malik Əlizadənin barəsindəki qərardan verilən kassasiya şikayətinin bəzi detalları məlum olub.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, Pərviz Xəlilovun müdafiəçisi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 12 mart 2025-ci il tarixli qərarının ləğv edilməsini və müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.


İşə kassasiya qaydasında baxılarkən məhkəmə prosesində Pərviz Xəlilov vəsatət verərək müdafiəçisinin kassasiya şikayətini geri götürdüyünü və kassasiya şikayəti məhkəmə baxışından çıxarılaraq geri qaytarılmasını xahiş edib.


Məhkəmə onun vəsatətini təmin edib, kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılıb.


Qeyd: Hadisə avqustun 23-də paytaxtın Xətai rayonu, M.Hadi küçəsi 80 ünvanında qeydə alınıb.


Belə ki, Xəlilov Pərviz Tofiq oğlu tanışı Əlizadə Malik Tağı oğlu ilə birlikdə üzərində olan bıçağın arxası ilə Əzimzadə İmaməli Ulduzxan oğlunun burun nahiyəsindən yumruq və təpiklə, Şahverənov Rafət Rüfət oğlunun bədəninin müxtəlif nahiyələrindən vurub xəsarət yetirib. Daha sonra həmin şəxslər İmaməli Əzimzadə və Rafət Şahverənova məxsus iki ədəd mobil telefonu ələ keçiriblər.


Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq) və 181.2.5-ci maddələri cinayət işi başlanılıb, Pərviz Xəlilov və Malik Əlizadə şübhəli şəxs qismində tutulublar. Bakı Ağır Cinayətlər Məhkəməsi həmin şəxslərin barəsində ittihamedici hökm çıxarıb.


Kamal Məmmədov 

Tarix: 19 Noyabr 2025, 08:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin