“Səhhətim ürəyimcə deyil, yaxşı deyiləm. Tez yoruluram, halsızam. Çox ağır xəstəlikdir. Sol tərəfim və qolum işləmir”.
Bu sözləri Pravda.az-a Xalq artisti Fatma Mahmudova bildirib.
F.Mahmudova deyib ki, yıxılan zaman çiyni qırıldığı üçün fizioterapiya qəbul edə bilmir: “İki söz danışa bilirəm, buna da şükür edirəm”.
Xalq artisti diqqət göstərilmədiyindən narazıdır: “70 illik yubileyim oldu, olmazsa, ondan yaxşı idi. Maraqlanan olmadı, təbrik etmədilər. Mən bədbəxt adamam, sənətkarın da xoşbəxti, bədbəxti var. Mən bədbəxtlər sırasındayam. Amma buna da şükür edirəm. Heç kim mənimlə maraqlanmadı. Dodağımı şişirtsəydim, açıq geyinsəydim, bəlkə mənimlə də maraqlanardılar. Heç kimə lazım deyiləm. İnsan öləndən sonra dəyərli olur. Ən çox maraqlanan aparıcı Lalə Azərtaş oldu. Bütün aparıcıların verilişinə getmişəm. Biri belə bu gün mənimlə maraqlanmır. Fatma Mahmudova komediya üçün doğulan bir insandır. Oynadığı hər obraz üçün doğulan şəxsiyyətdir. Amma görürəm ki, birinə bir şey olan kimi hamı maraqlanır. Elə bil müharibə başlayanda hərbçilərin qarşısında çıxış etməmişəm. Ömrümün 57 ilini sənətə həsr etmişəm. Müharibənin ən qaynar nöqtələrinə gedib hərbçilərlə görüşmüşəm, qarşılarında çıxış etmişəm. Əlimdən gələn, gücüm çatan yardımları etmişəm. Öz sənətimlə onlara xidmət göstərmişəm”.
Ağdam rayonunda doğulan F.Mahmudova rayonda tədbirlərdə dəvət almamasından da danışıb: “Bu sualı hamı mənə verir. Ağdamda dövlət tədbiri keçirilən zaman cənab Prezident Ağdama gələndə hamı gedir, ağdamlı olmayanlar belə iştirak edir, ancaq Fatma Mahmudova getmir. Bu haqsızlıqdır mənə qarşı. Mən də istəyirəm cənab prezidentin dəmir yumruğundan öpüm, istəyirəm mənim də əlim dəmir yumruğa dəysin. Prezidentimin boynunu qucaqlamaq istəyirəm. Niyə sualını verirəm. Məgər Ağdamlı deyiləm? Ağdamdan yeganə Xalq artisti adına layiq görülən aktrisa mənəm. Niyə orada yoxam və niyə olmamalıyam?!! Nə zaman olacam? Mən də onu yaxından görmək istəyirəm! Ağdamlı kimi, sənətçi kimi arzumdur. Danışmaq imkanım var, gedə bilərəm! Sağkən dəyər vermək lazımdır”.
Xalq artisti daim səhnədə olmaq istəyir: “Musiqili Komediya Teatrının rəhbərliyi sağ olsun mənimlə maraqlanıb. İstər öncə, istərsə də hazırki rəhbərlik daim mənimlə maraqlanıb, qayğısını məndən əsirgəmir. Dövlətin mənə verdiyi təqaüdə şükür edirəm. Birtəhər dolanıram. Mədəniyyət naziri Adil Kərimlidən çox razıyam. Sağ olsun, məni qəbul edib halımla maraqlanmışdı. Aktyor balıq kimi bir şeydir. Səhnəsiz boğulur. Elə bil sudan çıxıb qalmışam quruda. Qırıq-qırıq səhnələrə çıxıram. Ancaq xəstəlik səsimə də təsir göstərib. Kimləri ki özümə yaxın bilirdim, onları yanımda görmədim. Yadlara qurban olum. Mənim dostum, qohumlarım mənim tamaşaçılarımdır”.
Şəhanə Quliyeva
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin