BURADA REKLAMINIZ OLA
BİLƏR

Çiyələk sirkəsinin faydaları açıqlandı

Çiyələk yarpaqları və saplarından hazırlanan çiyələk sirkəsinin sağlamlığa bir sıra müsbət təsirləri var.


Pravda.az bildirir ki, mütəxəssislər bu hissələrin tullantıya çevrilmədən dəyərləndirilməsinin həm sadə, həm də faydalı üsul olduğunu vurğulayır.


Yarım fincan çiyələk yarpağı və sapı yarım fincan ağ və ya üzüm sirkəsi ilə qarışdırılaraq şüşə qabda 2 gün ərzində otaq temperaturunda saxlanılır. Bu müddət sonunda sirkənin qırmızı rəng alması gözlənilir.


Çiyələk sirkəsi yüksək antioksidant, vitamin və mineral tərkibi ilə bədəni gücləndirir.


Viruslara qarşı qoruyucu təsir göstərə biləcəyi bildirilir.


Ağız içi yaralarının sağalmasını sürətləndirə bilər.


Enerji və canlılıq hissi yaradır.


Dəriyə tətbiq edildikdə ləkələr, sızanaqlara qarşı təsirli ola bilər.


Mütəxəssislər çiyələk sirkəsinin salat və müxtəlif yeməklərdə də istifadəsinin mümkün olduğunu, həm dad, həm də sağlamlıq baxımından fayda verdiyini qeyd edirlər.


Əminə Bayramova 

Tarix: 19 Noyabr 2025, 13:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin