BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ-ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir - ŞOK PLAN

ABŞ-ın Ukrayna münaqişəsinin həlli ilə bağlı irəli sürdüyü plan ölkədə rus dilinin dövlət dili kimi tanınmasını nəzərdə tutur.

 

Bu barədə Financial Times mənbələrə istinadən məlumat yayıb.

 

Sənəd həmçinin Rus Pravoslav Kilsəsinin yerli nümayəndəliyinə rəsmi status verilməsini nəzərdə tutur.

 

Nəşrin məlumatına görə, ABŞ-ın planında Kiyevə hərbi yardımın azaldılması da var.

 

“Ən önəmlisi odur ki, plan Ukraynanın əsas silah növlərindən imtina etməsini və ABŞ-ın hərbi yardımının azaldılmasını nəzərdə tutur”, - məlumatda deyilir.

 

APA

Tarix: 19 Noyabr 2025, 22:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin