BURADA REKLAMINIZ OLA
BİLƏR

Azadlığa çıxan Rəqsanə ilk ona zəng edib ağladı - VİDEO

Xəbər verdiyimiz kimi, dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanə İsmayılova bir neçə saat əvvəl ev dustaqlığına buraxılıb.

 

Müğənnini qızları qarşılayıb. Jurnalistlərin suallarına heç bir açıqlama verməyən R.İsmayılova maşına əyləşib.

 

Qızı Aysun İsmayılova isə jurnalistlərə gəldikləri üçün təşəkkür edib və bütün suallara vəkil Hikmət Əliyevin cavab verəcəyini bildirib.

 

Rəqsanənin həbsdən çıxdıqdan sonra ilk danışdığı şəxslərdən biri prodüser Tarix Əliyev (Tolik) olub.

 

Tolik Rəqsanənin əhvalını soruşub, Rəqsanə isə ağlayaraq “Tolik, bircə sənin verilişinə çıxacağam, başqa heç hara çıxmaram. Sən mənim üçün çox əziyyət çəkdin" deyib.

 

Oxu24.az

 

Tarix: 19 Noyabr 2025, 23:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin