BURADA REKLAMINIZ OLA
BİLƏR

Numerologiya 2026-cı illə bağlı bizə nə deyir?

Numerologiyanın bir neçə qolu var. Hamısı Pifaqorun sisteminə əsaslanır. Əsas məsələ həmin doğum tarixinin düzülüşünü və çarxları yorumlamaq, onu çatdırmaqdadır.

 

Bəs doğum tariximiz bizə gələcəklə bağlı hansı məlumatları verə bilər?

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Dəyişim-dönüşüm uzmanı, numeroloq, pedaqoq Kəmalə Mürsəlovanın sözlərinə görə, numeroloji analiz dedikdə hamı bilməlidir ki, bu, fal deyil, qədim məlumatlardır: “Numerologiyanın ən böyük məqsədi öngörü etmək deyil, şəxsin hazırda içində olduğu vəziyyətin səbəbini izah etmək və problemli vəziyyətdədirsə, bu haldan çıxış yollarını öyrətməkdir. Müvəffəqiyyət qazanmaq üçün numerologiya kimi ikinci bir sahə yoxdur. Rəqəmlərin çox böyük enerjiləri və insan həyatında rolu var. Enerji məsələsi vacibdir”.

 

Mürsəlova hər sahədə olduğu kimi bu sahədən də sui istifadə edənlərin olduğunu qeyd edib: “Bəzi numeroloqların dediyi kimi  maşın, qapı və ya telefon nömrəsinin deyil, doğum tarixinin insan həyatında rolu böyükdür. Digər məlumatlara aldanıb səhv addım atılmamalıdır. Doğum tarixi isə insan həyatında böyük rol oynayır. Doğum tarixindən bir çox hesablamalar aparılaraq məlumatlar verilə bilər”.

 

Bəs 2026-cı ilin enerjisi bizə nə vəd edir?

 

 

Numeroloq K.Mürsəlova hər şəxsin edə biləcəyi hesablama üsullarından bəhs edib: “Bizim şəxsi ilin enerjisini hesablamaq üçün doğum günü və doğum ayı toplanılır. Məsələn, bir şəxs ikinci ayın 3-də doğulub. Bu zaman hesablanır: 3+2=5. Nəticə iki rəqəmli alınarsa bu rəqəmlər də toplanılır. Ümumi ilin enerji rəqəmini bilmək üçün alınan nəticə rəqəmin üzərinə 1 əlavə edilir və 6 alınır. Bu nəticə 2026-cı ildə həmin şəxsin il enerjisi hesab edilir. Numerologiya 9 rəqəmi ilə çalışır.

Şəxsi il enerjisi 1 olan insanlar – pozitiv olaraq başlanılan bütün iş 9 il ərzində böyük fürsətlər və pullar gətirəcək. Tövsiyə edirəm ki, bir insanda 1 enerji rəqəmi alınırsa, yeni işə başlasın. Yeni addım atılmalıdır. 1 enerjisi bizi məcbur edir ki, biz bir addım ataq. Ruh onlara bir işə başlamasına sövq edir. Yeni işlərə başlamaq üçün fürsətdir. Şəxsi il enerjisi 2 olan insanlar – sevdiklərinin, qohumlarının qayğısına qalmaq həvəsləri çox olacaq. İş görmək istəyirsə, başlaya bilər. 2 barışdırıcı mövqe tutan rəqəmdir. Həmin enerjiyə sahib olan insanlar barışdırıcı mövqe tutacaqlar. Bu onların missiyası olacaq. Şəxsi il enerjisi 3 olan insanlar – numerologiyada işimiz, gücümüz deməkdir. 3 enerjisində siz artıq görünməyə başlayırsınız. Belə insanlar parlamağa başlayır. Karyera tərəfdən bir çox fürsətlər deməkdir. İnsanlar bu fürsətləri dəyərləndirməlidirlər. Şəxsi il enerjisi 4 olan insanlar – bu enerji bizi sağlamlığımızın qeydinə qalmağa çağırır. Bu ildə insanlara tövsiyə edirəm ki, idmanla məşğul olsunlar, özlərini müayinə etdirsinlər. Bu rəqəm  çox səbrli, əzmli rəqəmdir.  Şəxsi il enerjisi 5 olan insanlar – möhtəşəm dəyişiklik yaradan rəqəmdir. Sizin ilinizin enerjisi beşdirsə, dəyişikliyə hazır olun. İstər zehni, istərsə də bilik cəhətdən insan dəyişir. Səyahətlər çox ola bilər. Evini satıb yenisini ala bilər, səyahətlər çox ola bilər və s. Dəyişiklik enerjisi kimi adlandıra bilərik. Şəxsi il enerjisi 6 olan insanlar – ailəni təmsil edən rəqəmdir. Ailə ilə məşğul olsunlar. Ailə daxilində sevgi daha çox artacaq. Əlbəttə, neqativ tərəfdən düşünməyək, ancaq ayrılıq, xəyanətlər də ola bilər. 6 həm də gözəlliklərlə məşğul olmaq deməkdir. Subaylar öz sevgisini tapa bilərlər. Evliliklər adətən 6 enerjisində baş verir.  Şəxsi il enerjisi 7 olan insanlar – araşdırmaçı rəqəmdir. Özünü öyrənmək üçün fürsətdir. Həmin ildə çoxdan görmək istədiyiniz işlər qarşınıza çıxacaq. Araşdırmaq, məntiqlə nələrisə müəyyən etmək üçün uyğun dövrdür. Şəxsi il enerjisi 8 olan insanlar – 8 rəqəmini saturn planeti idarə edir. Bu rəqəm numerologiyada karma rəqəmidir. Hər bir insan sədəqə verməlidir. Paylaşmağı bacarmalıdır. 8 enerjisində olan insanlar yatırım edərlərsə, 9 il ərzində onlara böyük uğurlar gətirir. Ancaq maddi imkanları yoxdursa, pulla ehtiyyatlı olun. Ziyana düşmək ehtimalı vardır. 8 rəqəmi ilə ehtiyyatlı davranmaq lazımdır. Şəxsi il enerjisi 9 olan insanlar – bu rəqəm digər bütün rəqəmləri daxilində tutur. Tamamlanma enerjisidir. Bir insanın şəxsi ili 9-a uyğun gəlirsə, deməli həmin insanlar öz həyatından çıxan iş, insan və s. Varsa, bunun üçün məyus olmalı deyil. Deməli, bu onların xeyrinədir. Sevgi ilə köhnəni buraxmaq yenisini qəbul etmək lazımdır. Belə insanlar il boyunca şəfa vermək ixtiyarında olurlar. 9 illik döngünü pozitiv yaşayan insanlar Allahdan çox böyük hədiyyə alarlar. Pozitiv tərəfdən yanaşsalar hədiyyə, neqativ tərəfdən yanaşsalar cəzalarını ala bilərlər”.

 

Şəhanə Quliyeva

Tarix: 20 Noyabr 2025, 12:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin