BURADA REKLAMINIZ OLA
BİLƏR

Helikopter qəzasından sağ çıxan pilot həbs edildi - VİDEO

Dağıstanda qəzaya uğrayan "Ka-226" helikopterinin sağ qalan pilotu həbs edilib.

 

Helikopterin pilotu ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olan hadisədə təhlükəsizlik qaydalarını pozmaqda təqsirli bilinib.

 

Məlumata görə, pilotu yeddi ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Müstəntiqin vəsatəti əsasında məhkəmə təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçib.

 

Xatırladaq ki, helikopter qəzası noyabrın 7-də günorta saatlarında Açi-su yaşayış məntəqəsi yaxınlığında baş verib. Helikopter sərt eniş edib və zərbə zamanı partlayıb. Hadisə zamanı beş nəfər ölüb.

 

Oxu.az

 

Tarix: 20 Noyabr 2025, 11:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin