Reklam

Azərbaycanda altı komandaya texniki məğlubiyyət verildi

AFFA-nın aşağı yaş qruplarından ibarət çempionatlarında iştirak edən 5 komanda, həmçinin Region Liqasının bir təmsilçisi texniki məğlubiyyətlə cəzalandırılıb.

 

Bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

 

U-14 Qızlar Liqasında "Atiq", "Lokomotiv" və "Dirçəliş" komandaları heyətlərində yetərsay olmaması səbəbindən oyunlara çıxmadıqları üçün texniki məğlubiyyətlə cəzalandırılıblar.

 

U-16 Qızlar Liqasında isə "Turan Tovuz" klubu "Təhsil" 8 İOEUGİM-la görüşü həkim briqadası ilə təmin etmədiyinə görə eyni şəkildə cəzalanıb.

 

AFFA Region Liqasında keçirilən "Capital Baku" - "City Baku" matçının 75-ci dəqiqəsində kütləvi qarşıdurma zamanı təhlükəsizlik təmin edilmədiyinə görə oyun dayandırıldığı üçün "Capital Baku"ya 0:3 hesablı texniki məğlubiyyət verilib.

 

U-14 Liqasında İCBFA klubu "Quba" ilə matçda təyin edilən vaxtda meydanda olmadığına görə oyun baş tutmadığı üçün texniki məğlubiyyətlə cəzalandırılıb.

Tarix: 20 Noyabr 2025, 14:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin