BURADA REKLAMINIZ OLA
BİLƏR

Yeniyetməlikdən sonra uşağımın boyu nə qədər olacaq?

Yeniyetməlik dövrü uşaqlıqdan yetkinliyə keçidin ən önəmli mərhələsidir. Bu zaman uşaqlarda həm fiziki, həm də psixoloji dəyişikliklər müşahidə olunur.


Pravda.az bildirir ki, qızlarda bu proses adətən 10–11 yaşlarında, oğlanlarda isə 11–12 yaşlarında başlayır.


Yeniyetməlik dövründə boy uzanması fərqli olur:


Qız uşaqları orta hesabla təxminən 20 sm,

Oğlan uşaqları isə təxminən 25–30 sm boy uzanması yaşayır.


Qızlarda ilk menstruasiya (aybaşı) baş verdikdən sonra boy artımı yavaşlayır, adətən əlavə təxminən 6 sm uzanma olur. Oğlanlarda isə boy artımı 17–18 yaşa qədər davam edə bilər.


Boyun yetkin səviyyəyə çatmasına bir çox amillər təsir edir: genetik (ana-ata boyu), hormon səviyyələri, qidalanma, iqlim və ətraf mühit şərtləri.


Əgər uzanma sürəti aşağıdırsa (məsələn, ildə 5 sm-dən azdırsa), mütəxəssislə məsləhətləşmək faydalıdır.


Əminə Bayramova 

Tarix: 20 Noyabr 2025, 17:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin