BURADA REKLAMINIZ OLA
BİLƏR

Azıx və Tağlar abidələrində beynəlxalq ekspedisiyalar fəaliyyət göstərir

Xocavənd rayonunda Azıx və Tağlar abidələrində Almaniya, Yaponiya və Danimarka elmi mərkəzləri ilə bağlanmış memorandumlara uyğun müştərək beynəlxalq ekspedisiyalar fəaliyyət göstərir.

 

Bu barədə AMEA Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib.

 

Danimarka arxeoloji qrupu tərəfindən öz sıralarına Novosibirsk şəhərində yerləşən Rusiya EA Sibir Şöbəsinin Arxeologiya və Etnoqrafiya İnstitutunun iki elmi əməkdaşı cəlb edilib.

 

Qeyd olunub ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonası ərazisində, xüsusilə də Azıx və Tağlar abidələrində müştərək tədqiqatlar barədə Rusiya Federasiyasının hər hansı elmi mərkəzi ilə birgə tədqiqatların aparılması barədə hər hansı birbaşa müqavilə, layihə mövcud deyil.

 

APA

Tarix: 20 Noyabr 2025, 17:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin