BURADA REKLAMINIZ OLA
BİLƏR

BDU-da tələbələr soyuqdan donur – Auditoriyalar istiliklə təmin edilmir?

Bakı Dövlət Universitetinin (BDU) əsas korpusunda istilik sisteminin olmadığı bildirilir.

 

Bu barədə Pravda.az-a daxil olan şikayətdə deyilib ki, BDU-nun bəzi auditoriyalarında, ümumiyyətlə, istilik sistemi yoxdur. İstilik sistemi olan auditoriyalar isə istiliklə təmin edilmir.

 

Pravda.az məsələni araşdırmaq üçün əvvəlcə bir neçə müəllim və tələbənin fikrini öyrənməyə çalışıb. Onlar da saytımıza məlumatın doğru olduğunu, soyuq havalarda auditoriyaların dərs keçmək üçün əlverişli olmadığını, səhhətlərində problem yarandığını təsdiqləyiblər.

 

BDU-nun Mətbuat xidmətinin rəhbəri Kəmalə Quliyeva isə saytımıza verdiyi açıqlamada deyilənlərin yalan olduğunu bildirib: “Tam yanlış məlumatdır, istilik mövsümü başlayandan BDU-nun bütün korpuslarında istilik verilib və heç bir problem yoxdur”.

 

Həqiqət isə bundan ibarətdir ki, problemlə bağlı saytımıza bir yox, bir neçə tələbə və müəllim müraciət edib. Onların bu məsələ ilə bağlı yanlış məlumat verməsi inandırıcı deyil.

 

Aytəkin Qardaşova

Tarix: 21 Noyabr 2025, 08:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin