BURADA REKLAMINIZ OLA
BİLƏR

Təhsil İdarəsinin pulunu mənimsəyən məktəb direktoru ilə bağlı QƏRAR

Ali Məhkəmədə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinin ərazisində fəaliyyət göstərən 2 saylı xüsusi əyani-qiyabi məktəbin direktoru olmuş Əmrah Səfərovun barəsindəki qərardan verilən kassasiya şirkəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayət təmin edilməyib.


İttihama görə, Ə.Səfərov 63 min 636 manat məbləğində mənimsəmədə ittiham olunur. Onun barəsində istintaq dövrü müddətində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi. İş üzrə zərərçəkmiş qismində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tanınır.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib. Ə.Səfərovun evi və maşını müsadirə edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apelyasiya şikayəti və əlavə qismən təmin olunub, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib, hökmdən Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən mənzilə və 1999-cu il buraxılışı “Mercedes C180” markalı avtomobilə xüsusi müsadirənin tətbiq edilməsi və üzərinə həbs qoyulması ilə bağlı müddəalar çıxarılıb. Həmin qərardan dövlət ittihamçısı kassasiya protesti verib. Ali Məhkəmənin qərarı ilə kassasiya protesti təmin edilərək təqsirləndirilən şəxsin barəsində Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərar ləğv edilib və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü xüsusi müsadirənin tətbiq edilməsi hissəsində dəyişdirilib. Vurulmuş ziyanın dəyəri məbləğində Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən mənzilin ½ hissəsinə və 1999-cu il buraxılışı olan “Mercedes C180” markalı avtomobilin ½ hissəsinə xüsusi müsadirə tətbiq olunub və Azərbaycan Respublikasının dövlət nəfinə alınıb.


Qeyd: Xüsusi məktəbdə yetkinlik yaşına çatmayan məhkumlar təhsil alır.

 

Kamal Məmmədov 

Tarix: 21 Noyabr 2025, 08:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin