BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu ərazilərdə binalar tikilir, vətəndaşların istifadəsinə veriləcək - İşləri görən şirkətin bu qədər borcu var

Abşeron, Saray qəsəbəsində 4,5 ha torpaq sahəsində 8 və 9 nömrəli 16 mərtəbəli, 10,11 və 12 nömrəli 12 mərtəbəli çoxmənzilli yaşayış binalarının, 13 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binasının tikintisinə 31 255 488 AZN xərclənəcək.

 

Pravda.az-ın xəbərinə görə, sifarişçi “MİDA” MMC, işləri görəcək şirkət isə “GM Construction”dır.

 

Tərəflər arasında müqavilə bağlanıb, işlərin icrasına başlanılıb. “GM Construction”ın qanuni təmsilçisi Hafiz Akif oğlu Nəzərlidir. MMC-nin dövlətə 116 139 AZN borcu var.

 

Qeyd: MİDA vətəndaşlara güzəştli şərtlərlə mənzillər təklif edir.

 

Cabir

Tarix: 21 Noyabr 2025, 09:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin