BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə maşınla yol verməmək üstündə sürücünü döyən şəxslə bağlı qərar verdi

Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Elmar İsmayılovun barəsindəki qərardan verilən kassasiya şirkəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayət təmin edilməyib.


İttihama görə, taksi fəaliyyəti ilə məşğul olan E.İsmayılov 30 may 2024-cü il tarixdə saat 04:30 radələrində idarə etdiyi “Khazar” markalı avtomobil ilə Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi, Fərman Qurbanov küçəsi 7 saylı ünvanda hərəkətdə olan zaman qarşıdan, yəni yolun əks istiqamətindən hərəkətdə olmaqla onun avtomobili ilə qarşılaşan “KİA” markalı avtomobilin sürücüsü Rasim İskəndərov ilə yolun dar olması səbəbindən bir-birlərinə yol vermələri barədə işarələr verib. Lakin R.İskəndərovun avtomobilində sərnişin qismində əyləşən Xəyyam Mehmanov onun avtomobilini geri çəkməsini tələb edib mübahisə yaradıb. Aralarında yaranmış mübahisə zamanı E.İsmayılov X.Mehmanova xəsarət yetirib. Hadisədən sonra E.İsmayılov saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham irəli sürülüb və barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçirilib. İstintaqın gedişində E.İsmayılov barəsindəki həbs qətimkan tədbiri "polisin nəzarəti altına vermə" qətimkan tədbiri ilə əvəz olunub.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.İsmayılovun əməli Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsindən 130.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif olunub və ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.
 

Kamal Məmmədov 

Tarix: 21 Noyabr 2025, 09:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin