BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə BDU-nun hüquqşünası və metodisti barəsində qərar çıxardı

Ali Məhkəmədə xaricdə təhsil alan tələbələrin Bakı Dövlət Universitetinə (BDU) qəbul olunmasına köməklik etmək adı ilə dələduzluqda ittiham olunan və bəraət alan universitetin hüquqşünası Tamella Çələbiyeva və onunla birgə ittiham olunan Beynəlxalq münasibətlər fakültəsinin metodisti Ulduza Səfərzadənin barəsindəki qərardan verilən kassasiya şirkəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayət təmin edilməyib.


Qeyd: Baş Prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların Bakı Dövlət Universitetinə qəbul edilməsi müqabilində külli miqdarda pul alınması ilə bağlı Gəncə Aqrar Universitetinin Biologiya kafedrasının müdiri işləmiş Zaur Hümbətov, Bakı Dövlət Universitetinin hüquqşünası və müəllimi Tamella Çələbiyeva, BDU-nun Beynəlxalq münasibətlər fakültəsinin metodisti Ulduza Səfərzadə təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər. Lakin istintaq müddətinə Zaur Hümbətov vəfat edib və onun barəsində cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Onu da qeyd edək ki, Tamella Çələbiyeva ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin idarə rəisi, general Natavan Mirvətovanın cinayət işi üzrə zərərçəkmiş şəxs olub. MTN tərəfindən onun telefonları qanunsuz dinlənilib.

 

Kamal Məmmədov 

Tarix: 21 Noyabr 2025, 09:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin