BURADA REKLAMINIZ OLA
BİLƏR

Sığınacaqdan itkin düşən gənc hələ də tapılmayıb

Sığınacaqdan itkin düşən gənc hələ də tapılmayıb.

 

Bu barədə Pravda.az-a  Uşaq sığınacağı - Reinteqrasiya Mərkəzindən bildirilib.

 

“Gənc sakit təbiətli olub, vəziyyəti atasının gəlməsindən sonra dəyişib. Onu bizə polislər iki il öncə gətirib. Atası uzun müddətdən sonra gəlib uşağını götürmək istədi. Anidən gəldi ki, qardaşım hərbi xidmətdən gəlib, deyib səni götürüm. Biz də dərhal onu göndərdik uşaqların qeydiyyatda olduğu Sosial Xidmətlər Agentliyinə. Sonra ata heç ora getmədi. Sonra bildirdi ki, onu götürmək istəmir, imkanı yoxdur, 18 yaşı tamam olsun gəlib götürülər. Gənc, əlbəttə, məyus oldu. Atanın bu hərəkəti onu pis hala saldı. Yeri nə qədər yaxşı olsa belə, bir uşağın yeri ailəsinin yanıdır. Evdə analıq var. Onunla, bibisi, atası ilə də əlaqə saxlamışıq. Bununla yanaşı polis də axtarışdadır. Ümid edirik ki, gün sonuna kimi uşaqdan xəbər çıxar”.

 

Şəhanə Quliyeva

Tarix: 21 Noyabr 2025, 11:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin