BURADA REKLAMINIZ OLA
BİLƏR

Vilayət Eyvazov Gürcüstana səfər edib, saziş imzalandı

Noyabrın 21-də Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Gürcüstana səfər edib.

 

DİN Mətbuat Xidmətindən bildirilib ki, nazir Vilayət Eyvazovun Tbilisidə Gürcüstanın daxili işlər naziri Geka Geladze ilə görüşü olub.

 

Görüşdə ölkələrin Daxili İşlər nazirlikləri arasında ikitərəfli əlaqələr, hər iki xalqın maraqlarına uyğun olaraq təhlükəsizlik məsələləri müzakirə edilib.

 

Səfər çərçivəsində nazirliklər arasında qarşılıqlı informasiya mübadiləsi, əməkdaşlıq və birgə təhlükəsizlik tədbirlərinə dair saziş imzalanıb.

Tarix: 21 Noyabr 2025, 12:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin