BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda 1 dövlət qeydiyyat nişanı müxtəlif avtomobillərdə ola bilərmi? - AÇIQLAMA

“Eyni dövlət qeydiyyat nişanları hər biri unikal, fərdi olmalıdır. Heç vaxt eyni ola bilməz. Avtomobillər üçün qayda belədir: İki kod rəqəm, sonra iki latın əlifbası üzrə böyük hərflər sonra 3 rəqəm. Bunların hər biri unikal olmalıdır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında yol hərəkəti üzrə ekspert-hüquqşünas Ərşad Hüseynov bildirib.

Ərşad Hüseynov: “Şuşa təkcə mədəniyyət beşiyi kimi deyil, həm də  cəngavərlər qalası kimi tanıdılmalıdır” Pravda.az

Onun sözlərinə görə, ən azından bir hərf və ya rəqəm mütləq fərqli olmalıdır: “Eyni olmasına Dövlət Yol Polisi heç zaman icazə verə bilməz. Varsa belə kimsə bunu saxtalaşdıra bilər. Belə hal yaşanarsa bunun qarşısı dərhal alınmalıdır. Məsuliyyətə vəlb olunmalıdır”.

 

Pravda.az-a açıqlama verən Vəkillər Kollegiyasının üzvü, vəkil Abbas Quliyevin sözlərinə görə, "Yol hərəkəti haqqında" Qanuna görə Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir:

Xalq artistinin yaxınları Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin  qanunsuzluğundan əziyyət çəkir - VƏKİL DANIŞIR

“Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə dövlət qeydiyyatı üzrə daimi uçota alınması zamanı həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı saxlanılır. Belə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan şəxsin istəyi ilə və nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə verilir.  İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsinə əsasən Dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə 100 manat məbləğində cərimə edilir”.

 

Qeyd: Edilən dəyişikliklərə əsasən artıq yeni dövlət qeydiyyat nişanlarında defis işarəsi tətbiq olunmayacaq. Bu dəyişiklik yalnız yeni hazırlanan nömrə nişanlarına aiddir. Mövcud nömrələr qüvvədə qalır, tam etibarlıdır.

 

Şəhanə Quliyeva

Tarix: 22 Noyabr 2025, 10:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin