BURADA REKLAMINIZ OLA
BİLƏR

İsmayıllıda dostlarının ölümünə səbəb olan sürücü məhkəmə zalından həbs edildi

Şəki Ağır Cinayətlər Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Orxan Rəhimlinin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü o, 6 il müddətə azadlıqdan məhrum edilib və məhkəmə iclas zalında həbsə alınıb.


İttihama görə, hadisə 22 dekabr 2024-cü il tarixdə, saat 02 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun İsmayıllı rayonunun ərazisindən keçən 39-cu kilometrliyində qeydə alınıb.


Belə ki, Orxan Rəhimlinin idarə etdiyi “Mercedes” markalı avtomobilin idarəetməni itirməsi nəticəsində qəza baş verib. Nəticədə sərnişinlər - 2000-ci il təvəllüdlü Səfər Rəşidov hadisə yerində və həmyaşıdı Şükür Şükürlü isə xəstəxanada ölüb. Sürücü və daha bir sərnişin isə xəsarət alıb.


Hadisədən sonra Orxan Rəhimli saxlanılıb və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.


Qeyd: Qəzada ölən şəxslər Orxan Rəhimlinin dostları olub.


Kamal Məmmədov 

Tarix: 24 Noyabr 2025, 08:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin