BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə qəssabı şantaj edən şəxslə bağlı qərar çıxardı

Şirvan Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə ittiham edilən Fərhad Səfərovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Sultanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, Fərhad Səfərov hədə-qorxu yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Saatlı rayonunda qeydiyyatda olan və yaşayan zərərçəkmiş S.S.-in (adı, soyadı şərtidir) mal əti satışı ilə bağlı guya qanun pozuntularına yol verməsi barədə yoxlama və nəzarət qurumlarına müraciət edərək onun barəsində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə qorxu altında saxlamaqla ondan pul tələb edib.
 

Belə ki, təqsirləndirilən şəxs zərərçəkmişdən əvvəlcə 250 manat məbləğində pul tələb edib, daha sonra aralarında aparılan danışıqdan sonra məbləği 150 manatla razılaşdırıb.
 

Ardıncı Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən bazar ərazisində zərərçəkmiş şəxsin işlədiyi mal əti satışı mağazasında razılaşdırılmış 150 manat məbləğində pulu təhvil aldıqdan dərhal sonra Saatlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində təqsirləndirilən şəxs cinayət başında yaxalanıb.


Saatlı Rayon Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Kamal Məmmədov 

Tarix: 24 Noyabr 2025, 08:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin