BURADA REKLAMINIZ OLA
BİLƏR

Qısqanclıq zəminində döyülən qadın məhkəmədə ərini bağışladı

Xəzər Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən İslam Yusifovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və cinayət təqibinə xitam verilib.


İttihama görə, hadisə bu il paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində qeydə alınıb.
 

Belə ki, İslam Yusifov həyat yoldaşı, zərərçəkmiş İlhamə Yusifova (adı, soyadı şərtidir) aralarındakı şəxsi münasibətlərin pozulması və qısqanclıq zəminində mübahisə yaranıb. Bu zaman o, qadının başından tutaraq onu divara vurub və qəsdən bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək xəsarət yetirib.
 

Hadisədən sonra İslam Yusifov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


İlhamə Yusifova məhkəmə ifadəsində hazırda əri ilə barışdığını və ona qarşı heç bir şikayəti və tələbinin olmadığını deyib.

 

Kamal Məmmədov 

Tarix: 24 Noyabr 2025, 08:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin