BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “İnsanlar bayramda dincəlirlər, əhvalları yüksək olduğu üçün iş effektiv olur”

Azərbaycan qeyri-iş günlərinin sayına görə ön sıralardadır. Müzakirələr zamanı bunun iqtisadiyyata zərər vurduğunu düşünənlər qeyri-iş günlərinin sayının azaldılmasını təklif edirlər. Bildirilir ki, bəzi bayram günləri qeyri-iş günü hesab olunmasın.

 

Milli Məclisin İqtisadi siyasət, səney və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov təkliflə bağlı Pravda.az-a açıqlamasında deyib ki, insanlar bayramda dincəlirlər, dincəldikdən sonra əhval-ruhiyyələri yüksək olduğu üçün iş effektiv olur.

 

“Tariximiz, böyük zəfərimizlə bağlı bayram günlərimiz var. Hər bir Azərbaycan vətəndaşı bu bayram günlərinin qürurunu yaşamalı, onu yüksək tərzdə qeyd etməli, dincəlməlidir. Bu əhval-ruhiyyə ilə işə çıxdıqda işin effektliyi daha da yüksək olur. Yüksək iş effektinin olması o deməkdir ki, nəticə müsbət olur", - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 25 Noyabr 2025, 08:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin