BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanışını bıçaqlayan şəxs cinayət məsuliyyətindən azad edildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən N.Səyyadovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin İbişovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü o, cinayət məsuliyyətindən azad edilib və barəsində cinayət təqibinə xitam verilib. N.Səyyadov barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub.


İttihama görə, N.Səyyadov şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qəsdən digər şəxsə xəsarət yetirib.


Belə ki, 22 mart 2025-ci il, saat 02:00 radələrində Gəncə şəhəri, Yeni Qəsəbə, 1500 yaşayış massivi ərazisində yerləşən marketin yaxınlığında tanışı, zərərçəkmiş V.Məmmədov ilə mübahisə edib. Bu zaman o, qəflətən baş vermiş güclü ruhi həyəcan – fizioloji affekt vəziyyətində olarkən, üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçaqla zərərçəkmişin qarın nahiyəsinə bir dəfə qəsdən zərbə vuraraq ona xəsarət yetirib.


Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilib, məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, N.Səyyadov hadisə zamanı şüur və fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə, fizioloji affekt halında olub.


Kamal Məmmədov 

Tarix: 25 Noyabr 2025, 08:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin