BURADA REKLAMINIZ OLA
BİLƏR

Pərvin Abıyeva: “Sosial şəbəkələrdə çox olurdum, gündəlik həyatımı göstərirdim, bu da qıcıq doğururdu”

Bir müddət qalmaqallarla gündəmə gələn aktrisa Pərvin Abıyeva son zamanlar sosial şəbəkələrdən uzaqlaşmasının səbəbini açıqlayıb.

 

Pravda.az xəbər verir ki, “Mədəni şou” verilişində açıqlama verən aktrisa qalmaqalda adının hallanmasına görə medianı günahlandırıb.

 

“Qalmaqalı mən yaratmıram, media şişirir. Yadıma gəlmir ki, kiminləsə istəyərək qalmaqal yaradım. Mən gözəl deyiləm, mediatikəm. Qalmaqallı olmağımın səbəbi çox ortalıqda olmağım idi. Sosial şəbəkələrdən uzaqlaşmağım bunun qarşısını alıb. Sosial şəbəkələrdə çox olurdum, gündəlik həyatımı göstərirdim, gəzdiyim şəhərlərdən tez-tez paylaşımlar edirdim. Bu da qıcıq doğururdu. Öz fikrimi bildirirdim, neqativ doğurdu”, - o bildirib.

 

Xatırlatma: Pərvin Abıyeva müğənni Səidə Sultanla arasında “Maşın” şou zamanı yaşanan qalmaqal zamanı efirdə söyüş söyməsi ilə gündəmə gəlmişdi. Eyni hal "TikTok"da canlı yayım zamanı aparıcı Azər Zahidlə də yaşanmışdı.

 

Tomris

Tarix: 25 Noyabr 2025, 13:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin