BURADA REKLAMINIZ OLA
BİLƏR

İcra başçısı sürücüsünü baş mütəxəssis təyin etdi

Qax Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub. Pravda.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı rayonun yeni icra başçısı Elvin Paşayev müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, Kamran Orucov baş mütəxəssis-sürücü vəzifəsindən azad olunub və o, indiyədək vakant olan Təsərrüfat işləri üzrə baş mütəxəssis vəzifəsinə təyin edilib.

Baş mütəxəssis-sürücü vəzifəsinə isə Səxavət Əhədov təyinat alıb. O bundan əvvəl də E.Paşayevin Göygöl Rayon İcra Hakimiyyətində sürücüsü olub.

 

Xatırladaq ki, Elvin Paşayev noyabrın 12-də Prezident İlham Əliyevin sərəncamı ilə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Tarix: 25 Noyabr 2025, 16:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin