BURADA REKLAMINIZ OLA
BİLƏR

Mağazının administratoru ilə bağlı qərar dəyişdi, mülki iddia təmin edildi

Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən Valeh Qurbanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az xəbər verir ki, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.


Qərara əsasən, zərərçəkmişin hüquqi şəxs və mülki iddiaçı olan MMC-nin apellyasiya şikayəti baxılan mülki iddiaya aid hissədə təmin edilib, Yasamal Rayon Məhkəməsinin hökmü apellyasiya şikayətinə əsasən mülki iddia hissəsində dəyişdirilib. Mülki iddia ərizəsi təmin olunub, təqsirləndirilən şəxs 9 939,72 manat və 120 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq MMC-yə ödənilməsi qərara alınıb.


İttiham aktına görə, Valeh Qurbanov 2020-2022-ci il illərdə mağazalar şəbəkəsinin birində administrator vəzifəsində işləyib. O, çalışdığı müddətdə marketin 10 039,72 manat dəyərində əmlakını mənimsəyib.


Yasamal Rayon Məhkəməsi Valeh Qurbanovbəraət verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya protesti və şikayəti qismən təmin edilib, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə) və 179.2.4-cü maddələri ilə bəraət verilməsinə dair Yasamal Rayon Məhkəməsinin çıxardığı hökm ləğv olunub. Valeh Qurbanov Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib və cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin edilməyib.


Ali Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxsin kassasiya şikayəti təmin edilməyib, zərərçəkmişin kassasiya şikayəti qismən - mülki iddiaya aid hissədə təmin olunub. Valeh Qurbanovun Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin hökmü mülki iddiaya aid hissədə ləğv edilib, cinayət işi zərərçəkmiş MMC-nin mülki iddiasına aid məsələyə yenidən baxılması üçün cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin olunub.


Kamal Məmmədov 

Tarix: 26 Noyabr 2025, 08:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin