BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə biznesmen olan xalası oğlunu aldadaraq 780 mini mənimsəyən şəxslə bağlı qərar çıxardı

Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluq və mənimsəmədə təqsirləndirilən Ayven Şamuradovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az xəbər verir ki, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, hadisə Qusar rayonunun Quxur-oba kəndində baş verib. Kənd sakini A.Şamuradov Rusiyadan onlara qonaq gələn xalası oğlu Həmdulla Beydulloviçi aldadaraq, onun üçün kənddə fermer təsərrüfatı yaratmaq adı ilə ümumilikdə 780 min manat alaraq dələduzluq edib. A.Şamuradov qohumundan aldığı pullarla özünə fermer təsərrüfatı yaradıb, bağ sahələri salsa da, həmin əmlakları xalası oğlunun deyil, öz adına rəsmiləşdirib. Zərərçəkmişin şikayətindən sonra A.Şamuradov barədə cinayət işi başlanıb və o, istintaqa cəlb edilib.


Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Şamuradov 12 il 6 ay azadlıqdan məhrum edilib.


Kamal Məmmədov

Tarix: 26 Noyabr 2025, 08:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin