BURADA REKLAMINIZ OLA
BİLƏR

Solovyovu zəhərli pizza ilə öldürmək istəyiblər

Rusiyalı jurnalist, teleaparıcı Vladimir Solovyovu zəhərli pizza ilə öldürmək istəyiblər.

 

Bu barədə jurnalistə qarşı sui-qəsd cəhdi işi ilə bağlı məhkəmə prosesində məlum olub.

 

Məhkəmə iclası zamanı iş üzrə təqsirləndirilən şəxslərdən olan Andrey Pronskinin evində qeydə alınan səs yazısı səsləndirilib.

 

Səs yazısında Solovyovun “Yandex yeda” ilə verdiyi sifarişin izlənilməsi, sifarişin ələ keçirilərək ona zəhər qatılması planlaşdırıldığı bildirilib.

 

APA

Tarix: 26 Noyabr 2025, 15:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin