BURADA REKLAMINIZ OLA
BİLƏR

İdman malları mağazasının baş menecerinə elektron qolbaq taxıldı

Xətai Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Hacı Kərimin (ad və soyadları şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə onların hər birinə 2 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.


İttihama görə, Hacı Kərim 15 avqust 2024-cü il tarixdən 05 sentyabr 2024-cü il tarixədək MMC-lərdən birinə məxsus paytaxtın Xətai rayonu ərazisində yerləşən “Rich Sport” adlı idman malları mağazasında satış üzrə baş menecer vəzifəsində işləyib. O, çalışdığı müddətdə, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş maddi dəyərləri talama məqsədilə vahid niyyətlə, davamlı şəkildə və hissə-hissə mənimsəmə yolu ilə talayıb.


Belə ki, Hacı Kərim idman mallarının satışından əldə etdiyi ümumilikdə 3 091 manat məbləğində pul vəsaitini kassaya mədaxil etməyərək şəxsi ehtiyacları üçün xərcləyib. Təqsirləndirilən şəxs həmçinin ümumi dəyəri 4 190 manat olan malları satış etmədən mağazadan qanunsuz olaraq götürüb.


Beləliklə, Hacı Kərim ona etibar olunmuş ümumilikdə 7 281 manat dəyərində maddi vəsaiti öz qulluq mövqeyindən istifadə etməklə, tamah niyyəti ilə, vahid qəsdlə mənimsəyərək və israf etməklə talayıb.
 

Kamal Məmmədov 

Tarix: 27 Noyabr 2025, 08:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin