BURADA REKLAMINIZ OLA
BİLƏR

“Xəzər TV”də Almaxanım Əhmədlinin ifasından sonra verilişin yayımı niyə dayandırılıb? - AÇIQLAMA

“Xəzər TV”də efirə gedən "İncə səhər" verilişinin yayımının tanınmış müğənni Almaxanım Əhmədlinin ifasından sonra dayandırılması müzakirələrə səbəb olub. Yayımın Mədəniyyət Nazirliyinin tapşırığı ilə dayandırıldığı bildirilir.

 

Pravda.az bununla bağlı Almaxanım Əhmədli ilə əlaqə yaratmağa çalışsa da, mümkün olmayıb.

Vüqar Əhmədə ağır itki Pravda.az

İfaçının atası, tanınmış şair, professor Vüqar Əhməd isə məsələyə aydınlıq gətirib: “Montajda problem olub. Vüsalə xanım (red.- aparıcı Vüsalə Əlizadə) Bakıda deyil. İlk dəfə olaraq çəkiliş etmişdi. Veriliş “brak” gedib. Hazırda montaj gedir, sabah yenidən efirə veriləcək. Heç bir problem yoxdur”.

 

Qeyd: "Xəzər TV" məsələ barədə mövqe bildirməyib.

 

Aytəkin Qardaşova

 

Tarix: 27 Noyabr 2025, 13:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin