BURADA REKLAMINIZ OLA
BİLƏR

Elşən Qafarov: “Elm və Təhsil Nazirliyi doğru idarə edilmir”

“Balakən rayonu Bedağar kənd orda məktəbinin şagirdləri 18 ildir informatika dərslərində kompüterə həsrət qalıb. Mingəçevir istehsal edən “Kür” kompüterini verdilər, ancaq, o da iki ildən artıq işləmədi. O gündən sonra uşaqlar kompüter üzü görməyib. Nazirlik Bedagar kənd orta məktəbinə 32 ədəd komputer ayrıldığını bildirsə də, şagirdlər onu hələ görməyiblər. Bütün dünyanın təhsil sistemində, eləcə də bizdə təhsil alanlara informativ bacarıqların aşılanması ən vacib məsələlərdən biridir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov bildirib.

 

Onun sözlərinə görə, birinci sinifdən informatika dərsləri keçirilir, baxmayaraq ki bu düzgün deyil, beşinci sinifdən tədris olunmalıdır: “Bizdə rəqəmsal bacarıqlar layihəsi və “Steam” layihəsi məktəblərdə tədris olunur. Rayonlarda “Steam” mərkəzləri yaradılıb. Bu mərkəzlər nə dərəcədə effektivdir, nə dərəcədə hədəfə çatmaq üçün fəaliyyət göstərir, bu barədə qiymətləndirmə yoxdur. Ancaq reallıq budur ki, məktəblərin əksəriyyətində kompüterlər yoxdur. Olanlar da texniki cəhətdən istifadəyə yararsızdır”.

 

E.Qafarov bir çox məktəblərdə informatika müəlliminin də olmadığını qeyd edib: “İnformatika müəllimlərinin özlərinin informativ bacarıqları yoxdur. Ümumiyyətlə, müəllimlərimizin informativ, rəqəmsal bacarıqları çox aşağı səviyyədədir. Biz hələ sertifikasiya başlamazdan öncə təklif etmişdik ki, müəllimlərin bilik və bacarıqları arasında mütləq onların İKT, informativ bacarıqları yoxlanılmalıdır. Necə ki, 50-100 il qabaq yazı bacarığı olmayanı müəllim kimi qəbul edə bilmirdik, bu gün də İKT bacarığı olmayan müəllimi müasir müəllim gözündə görə bilmirik. Müəllimlərin İKT bacarığının inkişafı, sertifikasiya zamanı İKT bacarıqlarının yoxlanılması vacib şərtlərdən biri olmalıdır”.

 

E. Qafarov məktəblərdə kifayət qədər informatika müəllimlərinin olmamasını təhsil idarəetmə orqanlarının səriştəsiz idarəetmə bacarıqları ilə əlaqələndirib: “Məktəblər üzrə kadr məsələləri diqqətdə saxlanılmalıdır, ehtiyaclar öyrənilməlidir. Təəssüf ki, elm və təhsil naziri və ya nazirlik vakansiyaları gizlədirlər. Biz bunu 2025-ci ildə texnologiya, təsviri incəsənət, musiqi dərslərində, məktəb direktorlarının, direktor müavinlərinin işə qəbulunda gördük. Bu gün ölkənin Elm və Təhsil Nazirliyini idarə edən şəxslər və ya nazir, əsas funksional vəzifədə olanlara diqqət etsək, onların heç birinin təhsillə bağlılığı yoxdur. Təkcə 2025-ci ilə şərabçılıq zavodlarından, şəkər zavodundan, ayrı-ayrı şirkətlərdən Təhsil Nazirliyinə funksional vəzifələrə 10-dan yuxarı kadr gətirilib. Onların anlayışı, təhsili, təcrübəsi, təhsillə bağlı deyil. Bununla təhsildə nə irəliləyiş apara bilərik? Əslində bunlar problem deyil, nəticədir. Ölkədə bir problem var, o da Elm və Təhsil Nazirliyi doğru idarə edilmir. Düzgün idarə olunmayandan sonra da belə nəticələr çox olacaq”.

 

Şəhanə Quliyeva

Tarix: 28 Noyabr 2025, 09:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin