BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşib, onun siyasətini dəstəkləyir - RƏY

Azərbaycanın dövlət müstəqilliyi və suverenliyi təkcə qanla, torpaqla yox, həm də milli şüur və birliklə qorunur. Lakin təəssüf ki, zaman-zaman bu birliyə zərbə vurmaq istəyən qüvvələr ortaya çıxıb. Müxtəlif illərdəki fəaliyyəti ilə xalqın etimadını və dövlətə sədaqətini sual altına qoyanlardan biri Prezident Administrasiyasının sabiq Ramiz Mehdiyevdir. Onun uzun illər idarəetmədə olması, lakin sonradan dövlətçilik prinsipinə zidd mövqelər sərgiləməsi ciddi narahatlıq doğurur. Bütün bunların fonunda bir neçə gün əvvəl Bakıda bir qrup şəxsin SSRİ bayrağını qaldıraraq dövlətə, xalqın milli kimliyinə və müstəqilliyinə qarşı nümayişkaranə addım atması isə sadəcə fərdi aksiya deyil, köhnə sovetçi zehniyyətin dirçəlməsi cəhdidir. Bu kimi hallar Azərbaycan xalqının Prezident İlham Əliyevin ətrafında birləşərək nümayiş etdirdiyi milli birliyə qarşı yönəlmiş təxribatlardır. Tarixdən nəticə çıxaran xalq isə belə məkrli niyyətlərə qarşı daim ayıq olmalıdır.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, ölkədəki prosesləri təhlil edəndə daxildə bir sıra məsələləri körükləməyə çalışan qüvvələrin olduğu müşahidə edilir.

Ceyhun Məmmədov: “Belə bir iddia varsa, yenidən hüquq-mühafizə orqanları  tərəfindən araşdırılması yaxşı olardı” Pravda.az

Deputat bildirib ki, bu, ciddi narahatedici tendensiyadır: “İstər Ramiz Mehdiyevlə bağlı proseslər, istər SSRİ bayrağının qaldırılması göstərdi ki, bu gün müəyyən məqsəd və hədəflər var. Bütün bu cəhdlərə baxmayaraq, Azərbaycan xalqı cənab Prezidentin ətrafında sıx birləşdi, onun siyasətini dəstəklədi. Çünki cənab Prezident Azərbaycanın milli maraqlarını müdafiə edir, xalq da Prezidentin ətrafında birləşib. Bu ideologiyanın əsasını ulu öndər Heydər Əliyev qoydu. Azərbaycanı güclü Azərbaycana çevirdi. Bu, ölkəmizi daha da inkişaf etdirdi, gücünü, uğurlarını artırdı. Bu siyasət indi də davam edir. Xalq öz Prezidentinin ətrafındadır, onu dəstəkləyir, yanında duraraq proseslərə öz reaksiyasını verir. Əslində, bu günə kimi baş verən hadisələrin əsas amalı və məqsədi də məhz birliyi və həmrəyliyi sarsıtmaq idi, amma bunu edə bilmədilər. Azərbaycan indi təhlükəsizlik adasıdır. Xalqımız öz Prezidenti ətrafında birləşib və ona dəstək verir. Bu siyasətin çox dərin kökü, əsası var. Bu siyasət Azərbaycanı daha da uğurlara aparır. Xalqımız bütün qələbələrini bu birliyə, həmrəyliyə borcludur. Tarixin hansı dönəmində bir, həmrəy, bərabər olmuşuqsa, o zaman güclü olmuşuq. Bizə qarşı bütün təxribatlara cavab olaraq öz mövqeyimizi ortaya qoymuşuq, dövlətçiliyimizi müdafiə etmişik. Heç şübhə yoxdur ki, Azərbaycan xalqı bu birliyini, həmrəyliyini hər zaman qoruyacaq, irəliyə inamla addımlayacaq, öz uğurlarını daha da artıracaq”.

 

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova isə bildirib ki, Azərbaycan tarixi kifayət qədər çətin inkişaf dövrü keçib:

Politoloq Şəbnəm Həsənova - FOTOBAZA Pravda.az

"Vətəndaş müharibəsi, dövlət institutlarının iflic vəziyyətə düşməsi, etnik zəmində qızışdırılan məsələlər də daxil olmaqla, torpaq işğalı, ərazisində məqsədli şəkildə separatizm ocağının yaradılması, bir milyondan artıq qaçqın və məcburi köçkün problemi bütün bu çətinlikləri xarakterizə edən amillərdir. Bu dövrə və ondan sonrakı perioda nəzər yetirdiyimiz zaman qürrələnə biləcəyimiz bir amil var ki, o da xalq olaraq birliyimizi, ləyaqətimizi hər zaman qoruyub saxlaya bilməyimizdir. Şərqdə ilk demokratik respublika quraraq, böyük bir intibah dövründən keçərək ziyalılarımızın açdığı yolda əzmlə irəliləməliyik. Dövlət prinsipimiz və milli məsuliyyətimiz bizim sadəcə iş prinsipimiz deyil, həyat tərzimiz olmalıdır. Və biz heç zaman unutmalı deyilik ki, Azərbaycanı demək olar, sıfırdan yenidən qurub-yaradan heç kim deyil, məhz ümummilli liderimiz Heydər Əliyev olub. Məhz bu dahi şəxsiyyətin ideyaları və idealları bizim stolüstü kitabımız, yaddaş kitabçamız olmalıdır. Azərbaycan torpaqlarını işğaldan azad edən, dünyada separatizm ocağının birini söndürməklə bütövlükdə separatizm siyasətinə kökündən zərbə vuran cənab İlham Əliyev Heydər Əliyev yolu ilə irəlilədi. 2003-cü ildə cənab İlham Əliyevə səs verən xalq əslində və məhz elə Heydər Əliyev ideallarına səs verdi. Bu gün Azərbaycan tamamilə yeni bir inkişaf dövrünə qədəm qoyub. Bu yolda dövlət başçımız asan olmayan çağırışlarla, çətinliklərlə üz-üzə gəlsə də, kürəyini hər zaman xalqına söykəyib. Xalq da hər zaman Liderimizin arxasında möhkəm dayanıb, ətrafında ətdən sipər hörüb. Azərbaycan Lideri xalqı ilə bərabər əzmlə irəlilədiyi bu yolda ən böyük silahdaşı Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyini hər zaman əməli qaydada görüb. Ölkənin bütün sahələrində davamlı qaydada həyata keçirilən ishlahatlarda vitse-prezidentlik institunun gözlə görünən əməyi mövcuddur. Təhsil, səhiyyə, turizm, mədəniyyət, milli dəyərlərimizin qorunması istiqamətində hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu sadəcə Azərbaycanda deyil, dünya miqyasında işlər həyata keçirir. Xalqımız cənab Prezident İlham Əliyevlə hörmətli Birinci xanımımız Mehriban Əliyevanın fəaliyyətini son dərəcə yüksək dəyərləndirir. Xalq öz Liderinə güvənir, inanır. İstənilən məkrli qüvvələrin önünə məhz xalq öz sinəsini qabağa verərək çıxır. Azərbaycanın inkişaf yolu ümummilli liderimiz Heydər Əliyevin ideallarından başlayaraq, bu idealları ən yüksək və milli maraqlar prizmasından icra edən cənab Prezident İlham Əliyevlə hörmətli Mehriban xanım Əliyevanın müştərək siyasətindən keçir".

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

Dörd il ötdü - Medianın İnkişafı Agentliyi Prezidentin media siyasətinin  lokomotivinə çevrilə bilib Pravda.az

 

Tarix: 29 Noyabr 2025, 16:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin