BURADA REKLAMINIZ OLA
BİLƏR

Saleh Rüstəmli saxlanıldı

1992-1993-cü illərdə Gədəbəyin icra başçısı olmuş Saleh Rüstəmli saxlanılıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə onun oğlu məlumat yayıb.

 

Onun Gədəbəydən Bakıya gətirildiyi bildirilir. 

 

Xatırlatma: Rusiyada yaşayan S.Rüstəmli 2018-ci ildə Bakıya gəldikdən sonra həbs olunmuşdu. O, Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi. S.Rüstəmli 2022-ci ilin may ayında Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılmışdı.

Tarix: 29 Noyabr 2025, 19:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin