BURADA REKLAMINIZ OLA
BİLƏR

Qonşusunu döyərək burnunu sındıran şəxsə hökm oxundu

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Zaman Əsədovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.


İttiham aktına görə, hadisə 7 iyul 2024-cü il tarixdə, saat 18 radələrində Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində qeydə alınıb.


Belə ki, Zaman Əsədov qonşusu, zərərçəkmiş Baba Dadaşova (adı, soyadı şərtidir) qarşı zor tətbiq etməklə xuliqanlıq törədib.


Məlumata əsasən, tərəflər arasında gərginlik zərərçəkmiş şəxsin təqsirləndirilən şəxs və onun qohumları barəsində hüquq-mühafizə orqanlarına şikayət etməsi ilə əlaqədar yaranıb. Bu zəmində həmin gün Zaman Babanın yaşadığı evin qarşısına gələrək heç bir əsaslı səbəb olmadan ictimai qaydaya açıq şəkildə etinasızlıq göstərib, xuliqanlıq niyyəti ilə ona hücum edib. Təqsirləndirilən şəxs zərərçəkmişi əvvəlcə yumruq zərbəsi ilə sifət nahiyəsinə vuraraq yerə yıxıb, daha sonra yumruq və təpiklə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. Hadisə nəticəsində Babanın burun sümüyünün qapalı yerdəyişən sınığı, gözaltı və bədənin müxtəlif hissələrində qançır və şişkinlik, həmçinin çoxsaylı sıyrıqlar alıb.


Hadisədən sonra Zaman Əsədov saxlanılın və barəsində həbs qətimkan tədbiri seçilib.


Kamal Məmmədov 

Tarix: 1 Dekabr 2025, 08:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin