BURADA REKLAMINIZ OLA
BİLƏR

DİQQƏT! Quş qripi təhlükəsi: “Transsərhəd keçid zonalarında nəzarət gücləndirilməlidir”

Bir sıra dünya ölkələrində quş qripinin yayılması Azərbaycanda da narahatlığa səbəb olub. Son zamanlar vətəndaşlar arasında bənzər simptomlarla müşahidə edilən infeksiyanın quş qripinin əlamətləri olduğu iddia edilir.

 

Tanınmış həkim Adil Qeybulla Pravda.az-a açıqlamasında deyib ki, bütün yoluxucu xəstəliklərin Azərbaycana gəlmə imkanı və şansı var.

Adil Qeybulla istefa verdi Pravda.az

“Xəstə bir adamın - daşıyıcının ölkəyə gəlməsi yetərlidir ki, onu Azərbaycanda yaysın. Bu baxımdan, təəccüblü bir şey yoxdur. Quş qripinin yoluxması qanladır. Nəfəs yolu ilə keçməsi halı hələlik yoxdur. Bu virus yeni bir forma daşıyıb, nəfəs yolu ilə keçmə şansı qazansa, daha ciddi təhlükələrə yol aça bilər. İstənilən halda, ilk dəfə quş qripi yayılanda Ümumdünya Səhiyyə Təşkilatının yardımı ilə xeyli işlərə nail olduq. Xəstəlik vaxtı onu lokallaşdıra bildik. Məlumatıma görə, o vaxt Britaniyadan müəyyən laboratoriyalar bizə dəstək vermişdilər. Quş qripinin indi də yayılması təhlükəsi varsa, diqqətli olmalıyıq. Transsərhəd keçid zonalarında nəzarət gücləndirilməli, əgər belə bir situasiya yaransa, quş ətinə nəzarət də epidemioloji cəhətdən artırılmalıdır”, - həkim bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 1 Dekabr 2025, 08:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin