BURADA REKLAMINIZ OLA
BİLƏR

Mülayim hava şəraiti hansı xəstəlikləri artıra bilər? – AÇIQLAMA

Havaların mövsümə uyğun keçməməsi insanlar arasında qışın daha sərt keçəcəyi istiqamətində fikirlər formalaşdırır.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyevin sözlərinə görə, Azərbaycan, xüsusilə Bakı şəhəri çox ciddi, çətin iqlim şəraitindədir:

Quraqlığın qarşısını almaq üçün hansı işlər görülməlidir - Ənvər Əliyev  açıqlayır - 27.07.2021, Sputnik Azərbaycan

“Müxtəlif istiqamətlərdən hava kütlələri daxil olur. Burada da havanın stabilliyi bir az azalır. Çoxillik rəqəmlərə baxanda, şəxsi müşahidələrim əsasında da deyə bilərəm ki, çox zaman noyabrın əvvəlinə qədər havaların isti, ağacların çiçələndiyi zamanlar olub. Adətən belə deyirlər ki, payız isti keçirsə, onda qış sərt olmalıdır. Sanki deyim halına çevrilib. Qışın gəlməyinə bir aydan da az vaxt qalıb. Kimsə deyə bilməz qış çox sərt keçəcək və ya əksinə. Bu mübahisə doğuran məsələdir amma adətən mülayim payız keçəndən sonra qış daha sərt keçir”.

 

Bəzən çox isti keçən havaların ardından təbii fəlakətlərin baş verdiyi müşahidə edilib. Bəs bu mülayim keçən hava iqlimi hansısa gözlənilməyən nəticəni doğura bilərmi?

 

Ekoloq, bu barədə hansısa təhlükənin gözlənilmədiyini vurğulayıb: “Yox, burda elə bir fəsadlar, təhlükəli bir hal yoxdur, gözlənilmir. Əksinə respublikamızın müxtəlif ərazilərində belə hava müşahidə edilən zaman kənd təsərrüfatı ilə məşğul olan təsərrüfatçılar deyirdilər ki, otlaqlar göyərir, nəticədə heyvanlar çoxlu ot yeyirlər, yaxşı qidalanırlar. Bu da heyvanların sağlamlığı üçün də müsbət haldır. Nəticədə sonra qış sərt keçsə belə heyvanlar qışdan rahat çıxırlar”.

 

Hazırda müşahidə edilən mülayim hava şəraiti kimlər üçün risklidir?

 

Terapevt Sevinc Musayevanın sözlərinə görə, havanın normadan artıq isti, rütubətli və dəyişkən keçməsi bəzi xəstəlikləri olan insanlar üçün mənfi təsir göstərə bilər:

Sevinc Musayeva - 20 June 2024 - Zefer Tibb Merkezi

“Ürək-damar, tənəffüs, revmatoid və oynaq xəstəliklərindən əziyyət çəkənlər, əsəb sistemi həssas olanlar, qocalar və xroniki xəstəliyi olan uşaqlar üçün risklidir. Belə ki, temperatur və təzyiqin oynaq dəyişməsi qan dövranına təsir edir. Bu da ürək ağrısı, başgicəllənmə, halsızlıq yarada bilər. Bundan başqa rütubət artdıqca nəfəs darlığı və öskürək güclənə bilər. Toz və allergenlər havada daha çox qalır. Havanın tez-tez dəyişməsi oynaq ağrılarını da artırır, baş ağrısı, yuxusuzluq və narahatlıq yarada bilər. Həmçinin qocalar və xroniki xəstəliyi olan uşaqlarda immunitet zəif olduğu üçün temperatur fərqləri daha çox təsir göstərir”.

 

Şəhanə Quliyeva

Tarix: 1 Dekabr 2025, 10:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin