“AXCP üzvləri belə iddia edirlər ki, guya hökumət sosial narazılıqdan ehtiyat etdiyi üçün Əli Kərimli ilə bağlı addımlar atır. Deyilənlərin heç bir əsası yoxdur. Bu gün Azərbaycan dövlətini Əli Kərimli məsələsi deyil, keçmiş məcburi köçkünlərin tezliklə abad yaşayış yerlərinə köçürülməsi, 30 ildən çox Azərbaycanla düşmənçilik edən, 44 günlük Vətən müharibəsindən sonra öz yerinə oturdulan Ermənistanla normal qonşuluq münasibətlərinin qurulması maraqlandırır. Dövlətimizi hazırda düşündürən əsas məsələ qeyri-neft sektorunun daha da artmasıdır. İldən ilə qeyri-neft sektorundan büdcəyə daxilolmalarda artımlar çoxalır. Bir müddət əvvəl Azərbaycanın on ay ərzində xarici eksportunda qeyri-neft məhsullarının həcminin 6,7% artdığı göstərilir. Göründüyü kimi, dövlətin qarşısında böyük vəzifələr durur və bunları dövlət özü həll edə bilir. Vətəndaşlarımızın təhlükəsizliyi, onların hüquqlarının qorunması, eyni zamanda firavan yaşamaları hakimiyyətin əsas məsələlərindəndir. Radikal müxalifət iddia edir ki, guya Azərbaycanda gələn il böhran olacaq. Bunun da heç bir əsası yoxdur. Ölkəmizdə nə gələn il, nə də ondan sonrakı il böhran gözlənilir, çünki böhrandan əvvəl onun əlamətləri olur. Bu gün bu əlamətlər yoxdur”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki, əsas böhran əlaməti istənilən ölkədə cəmiyyətin hakimiyyətdən narazı qalmasıdır: “Milli sosial tədqiqat mərkəzləri ilə yanaşı, müstəqil xarici tədqiqat mərkəzləri tərəfindən aparılan rəy sorğularının nəticəsində də 90%-dən çoxu cənab Prezident İlham Əliyevin siyasətini dəstəkləyir. Bu gün iqtisadiyyatımızda böhran yoxdur, Azərbaycan manatı stabildir, vətəndaşların hüquq və azadlıqları pozulmur, biznesmenlərin sərbəst fəaliyyət göstərmələri üçün hər il qanunvericilikdə çoxsaylı dəyişikliklər edilir. Bu isə regionlarda iş yerlərinin artmasına, investisiyaların qoyulmasına səbəb olur. Xarici ölkələrlə hər hansı problemimiz yoxdur. Yeganə problemimiz Ermənistan idi və artıq Ermənistan bu gün Azərbaycanla yaxşı qonşuluq münasibətlərinin olmasına daha çox can atır. Bunu Azərbaycan qəbul edir ki, qonşularla yaxşı münasibətlər olmalıdır”.
“Radikal müxalifət bir qədər irəli gedərək bunu da iddia edir ki, Əli Kərimliyə guya beynəlxalq Nobel Sülh mükafatının verilməsi nəzərdə tutulur. Sual olunur - nəyə görə bu mükafat Əli Kərimliyə verilməli idi? Bir milyondan artıq qaçqın və məcbur köçkünlərin hüquqlarının bərpa etdiyinə görə? Yoxsa işğaldan azad olunmuş ərazilərimizi yenidən sosial inkişafa qaytardığına görə? Bəlkə, qonşu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızı azad etdikdən sonra onunla normal münasibətlər quruduğuna görə? Yoxsa beynəlxalq birlikdə onun təklifləri, təşəbbüsləri hansısa böyük problemlərin həllinə gətirib çıxardı? COVİD-19 dövründə Azərbaycan 80-dən çox ölkəyə yardım göstərdi. BMT-nin Baş Məclisinin COVİD-19 məsələsini müzakirə etmək üçün xüsusi sessiyanın çağırılmasına nail oldu. Göründüyü kimi, Əli Kərimli tərəfdarları özlərinin təriflədikləri şəxs haqqında həddindən artıq yüksək fikirdədirlər. Əli Kərimli bu gün nəinki dünya, heç Azərbaycan səviyyəli bir siyasətçi ola bilmədi. Onu cəmiyyət “blogger Əli Kərimli”, “radikal Əli Kərimli” kimi tanıyır. Tərəfdarları nümunə göstərsinlər ki, indiyə qədər Əli Kərimli hansısa konkret bir vətəndaşın problemini həll edib? Əli Kərimli hansı şəhidin dəfnində, anım məclisində iştirak edib? Nə vaxt müharibə veteranları ilə görüşüb, cəmiyyət içində olub? Nə vaxt Əli Kərimlini marketdə çörək növbəsində duran görüblər? Göründüyü kimi, onların söylədikləri sadəcə olaraq arzularından başqa bir şey deyil. Nobel Sülh mükafatına layiq görüləsi adam varsa, o da cənab Prezidentimizdir. Onun apardığı siyasət 30 ildən çox davam edən və sonu görünməyən, Ermənistanın ciddi dəstəyə malik olduğu bir münaqişəyə son qoymasıdır. Cənab Prezidentin apardığı siyasət Qoşulmama Hərəkatına yeni bir dinamika gətirməsi, türk dünyasının möhkəmlənməsidir, Şərqin İslam dini dəyərlərinə və Azərbaycan təcrübəsinin inkişaf etmiş dövlətlər tərəfindən qəbul edilməsidir. ABŞ Prezidenti Donald Trampın Avropanın ayrı-ayrı liderlərinin, eyni zamanda nüfuzlu jurnalistlərin cənab Prezidentimiz haqqında söylədikləri fikirlər göstərir ki, Azərbaycan xalqı tarix yazan layiqli övladını yarada bildi. Azərbaycan özünü Prezidenti ilə, vətənpərvər oğul və qızlari, ziyalıları, zəhmətkeşləri, möhkəm ailə nümunələri ilə dünyaya tanıdır. Kimlərinsə özü haqqında yüksək fikirdə olması yalnız və yalnız öz şəxsi qayğısından başqa bir şey deyil”, - deputat deyib.
Aytəkin Qardaşova
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin