BURADA REKLAMINIZ OLA
BİLƏR

Mərkəzi Bankdan cərimə

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən aparılan cari nəzarət tədbirləri nəticəsində bir neçə bank olmayan kredit təşkilatında (BOKT) qanunvericilik tələblərinin pozulduğu müəyyən edilib.

 

Nəzarət nəticələri əsasında İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə uyğun olaraq, üç təşkilatın vəzifəli şəxslərinə inzibati cərimələr tətbiq edilib.

 

"Nova Credit BOKT" MMC-nin vəzifəli şəxsi 4 min manat, "BOKT İDK" MMC-nin vəzifəli şəxsi 2 min manat, "Azərbaycan Mikro-Kredit BOKT" ASC-nin vəzifəli şəxsi isə 10 min manat məbləğində cərimə olunublar.

Tarix: 1 Dekabr 2025, 13:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin