BURADA REKLAMINIZ OLA
BİLƏR

Maaşlar artırıldı: 1700 AZN

Dekabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib. İclasda rektor Rüfət Əzizovun təqdimatı əsasında professor-müəllim heyətinin əməkhaqlarının artırılması barədə qərar qəbul olunub. Pravda.az modern.az-a istinadla xəbər verir ki, yeni qərara əsasən əməkhaqqılareda aşağıdakı kimi dəyişiklik edilib.

 

Dekan, kafedra müdiri, dosent, baş müəllim və müəllimlərin maaşı 15-20%,

 

Tyutorların maaşı 33%,

 

Laborantların maaşı 20% artırılıb.

 

Artımdan sonra əməkhaqları belə olacaq:

 

Professor - 2150 AZN

 

Dosent - 1700 AZN

 

Baş müəllim - 1500 AZN

 

Müəllim - 1350 AZN

 

Universitetdə əlavə olaraq elmi nəticələrə əsaslanan differensial əmək haqqı sistemi də tətbiq olunur. 2025-ci ildə 270 nəfər bu sistemdən faydalanıb.

 

Artırılmış maaşlar əməkdaşlara 1 yanvardan etibarən ödəniləcək.

Tarix: 1 Dekabr 2025, 22:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin