BURADA REKLAMINIZ OLA
BİLƏR

Pensiya yaşı ilə bağlı açıqlama: Reallaşa bilər

Qanunvericiliyə görə, hazırda 5 və daha çox uşağı olan şəxslərin güzəştli şərtlərlə (pensiya yaş həddi 5 il azadılmaqla) pensiyaya çıxmaq hüququ var. Bununla yanaşı Milli Məclisin keçirilən plenar iclasında “Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı üç və daha çox uşağı olan analara erkən, güzəştli şərtlərlə pensiya çıxmaq hüququnun verilməsi təklif olunub.

 

Pravda.az-a açıqlamasında məsələyə münasibət bildirən iqtisadçı Xalid Kərimli edilən təklifi müsbət dəyərləndirdiyini bildirib: “Təklif reallaşa bilər. Çünki ailənin çoxuşaqlı sayılması uzun illər əvvəl müəyyənləşib. İndi demək olar ki, beşuşaqlı ailələr çox nadir halda rastlanılır. Bu güzəştin edilməsinə, sayın azaldılmasına ehtiyac var”.

İqtisadçı: “Kərə yağının bahalşması kimdə narazılıq yaradıb ki? Azərbaycan  xalqı dözümlü xalqdır...” Pravda.az

X. Kərimli onu da qeyd edib ki, hazırda ölkədə kifayət qədər əhali var: “Onların yaxşı yaşaması üçün iş yerinin tapılması əsas prioritetdir. Hökumət əhalinin sayının artırılmasında maraqlı deyil. Çünki ölkədə say problemi yoxdur. Daha da artırmağa ehtiyac yoxdur”.

 

Şəhanə Quliyeva

Tarix: 2 Dekabr 2025, 10:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin