BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakının Nəsimi rayonunda polisin saxladığı narkokuryerdən 13 kiloqram marixuana aşkarlanıb - VİDEO

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 38 yaşlı Elvin Əliyev saxlanılıb.

 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, ondan qanunsuz olaraq əldə etdiyi 13 kq 700 q narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

 

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini və hissələrə ayıraraq paytaxt ərazisində müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.

 

Faktla bağlı başlanan cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir. E.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, cari ilin əvvəlindən Nəsimi RPİ-nin əməkdaşları tərəfindən 161 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

 

Tarix: 2 Dekabr 2025, 17:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin