BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə gənc oğlana qarşı basqın edən şəxslə bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Murad Səfərovun (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, Murad Səfərov özgənin əmlakını ələ keçirmək məqsədilə şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla müşayiət olunan basqın edərək quldurluq əməli törədib.


Hadisə 10 avqust 2024-cü il saat 19:00 radələrində Bakı şəhərinin Yasamal rayonu ərazisində baş verib. Məlumata görə, təqsirləndirilən şəxs tamah niyyəti ilə tanışı olan zərərçəkmiş Tural Əhədovla (soyadı şərtidir) görüş zamanı ona psixoloji təsir göstərərək hədə-qorxu gəlib. O, əlini bel nahiyəsinə aparmaqla üzərində kəsici-deşici alət olduğunu görüntüsü yaradıb və həmin alətlə bədən xəsarəti yetirəcəyini deyərək zərərçəkmişi qorxuya salıb.


Muradın bu davranışı zərərçəkmişin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət olunan basqın kimi qiymətləndirilib. Tural isə öz təhlükəsizliyinin təmin olunması məqsədilə “İphone 13 Pro” markalı, 256 GB yaddaş tutumlu mobil telefonu ona təhvil verməyə məcbur olub.


Beləliklə, təqsirləndirilən şəxs bu yolla 1 185 manat məbləğində maddi ziyan vuraraq quldurluq əməli törədib və özgənin əmlakını qanunsuz olaraq ələ keçirib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətə azadlıqdan məhrum edilib.
 

Kamal Məmmədov 

Tarix: 3 Dekabr 2025, 08:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin