BURADA REKLAMINIZ OLA
BİLƏR

Qonşusunu daş parçası ilə vuraraq xəsarət yetirən şəxslə bağlı qərar açıqlandı

Gəncə Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Təbriz Əzizovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, zərərçəkmişin apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, hadisə 22 oktyabr 2024-cü il tarixdə, saat 13 radələrində Şəmkir rayonu, Kür qəsəbəsində qeydə alınıb.


Belə ki, Təbriz Əzizov əvvəlcədən ədavət yaşadığı qonşusu, zərərçəkmiş İqbal Rəfiyevin (adı, soyadı şərtidir) ona məxsus “Mitsubishi Pajero” markalı avtomobili ilə üzərinə doğru hərəkət edərək qorxutduğunu əsas gətirərək, bir neçə dəqiqə sonra onunla küçədə mübahisə edib. Mübahisə zamanı təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan ictimai asayişi pozan, ətrafdakı şəxslər üçün təhlükə və narahatlıq yaradan, cəmiyyətə açıq hörmətsizlik ifadə edən aqressiv hərəkətlərə yol verib.


Cinayət materiallarına əsasən, Təbriz öz üstünlüyünü nümayiş etdirmək məqsədilə ətrafdakılara qarşı saymazlıq göstərərək zor tətbiq edib. İnsident zamanı o, daş parçası ilə İqbalı vurub, daha sonra isə əlbəyaxa münaqişə nəticəsində sonuncuya müxtəlif bədən xəsarətləri yetirib.


Şəmkir Rayon Məhkəməsininin hökmü ilə o, Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

 

Kamal Məmmədov 

Tarix: 3 Dekabr 2025, 09:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin