BURADA REKLAMINIZ OLA
BİLƏR

MTK-ların binaların zirzəmilərini qaraj kimi icarəyə vermələri qanunsuzdur – Ərazi vətəndaşların idarəçiliyində olmalıdır

"Təəssüf ki, son zamanlar tikinti şirkətləri, MTK-lar hansısa yollarla zirzəmilərə görə də çıxarış alırlar, onları başqa şəxslərə icarəyə verərək özgəninkiləşdirirlər. Burada günah, əlbəttə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsindədir ki, belə bir şeyə yol verirlər. Bu, tamamilə qanunsuzdur və belə halla üzləşəndə vətəndaşlar məhkəmə qaydasında bunu mübahisələndirə bilərlər".

 

Bu sözləri Pravda.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

Əkrəm Həsənov: “Azərbaycan xalqı, milləti nə dərəcədə türkdür, türk  etnosuna mənsubdur? Bunun özü hələ sualdır...” Pravda.az

O bildirib ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq, binanın çardağı, lifti, blokları, qarşısındakı torpaq, mühəndis qurğuları olan zirzəmi mənzil mülkiyyətçilərinin ümumi mülkiyyətidir: "Aydındır ki, zirzəmidə kommunikasiya qurğuları, borular, xətlər var. Buna görə də ümumi mülkiyyət sayılır".

 

Aytəkin Qardaşova

Tarix: 3 Dekabr 2025, 11:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin